Əlaqə Arxiv
news Image
2016.04.18
08:00
| A A A
Doha danışıqları pozulmaq ərəfəsində - YENİLƏNİB

Qətərin paytaxtı Dohada heft hasilatının dondurulması barədə bu gün imzalanması gözlənilən sazişə yeni bənd salınıb.


Movqe.az  Reuters-ə istinadən bildirir ki. həmin bənd razılaşmanın OPEK-ə üzv ölkələrin hamısı tərəfindən imzalanmasını nəzərdə tutur.


Məhz bu bənd danışıqlarda qarşılıqlı güzəştin əldə olunmasına mane olur. Çünki xəbər verdiyimiz kimi, İran bu danışıqlarda iştirakdan ümumiyyətlə imtina edib. Düzdür, bu ölkənin nümayəndəsi bəyan edib ki, hasilatın azaldılması təklifini dəstəkləyirlər, amma hələlik bu təşəbbüsə qoşulmağa hazır deyillər.


Xatırladaq ki, İslam Respublikasının neft naziri Bijan Namdar Zanqanen ondan əvvəl yaydığı bəyanatda demişdi: "Bir halda ki, İran bu layihəni imzalamayacaq, bizim bu danışıqlarda iştirakımıza ehtiyac yoxdur".


Onu da xatırladaq ki, OPEK-in daha bir üzvü-Liviya da Doha danışıqlarında iştirakdan imtina edib.

Sizin Reklam Yeriniz