Əlaqə Arxiv
news Image
2012.12.06
11:20
| A A A
Vətəndaş marağına qənim kəsilən müxalifət
Mais Səfərli: “Bu partiyaların siyasi fəaliyyətlərini dərindən izləyəndə görürük ki, heç zaman vətəndaşın marağını öz liderlərinin ambissiyalarından üstün tutmayıblar” Sərraf Hüseynov: “20 il müxalifətdə qalmaq, xalqdan heç bir dəstək almamaq, yalnız hakimiyyətpərəst niyyət sahibi olmalarının nəticəsidir”

YAP Gənclər Birliyi Ofisinin rəhbəri Sərraf Hüseynov isə bildirdi ki, hər bir siyasi təsisat öncə özü üçün müəyyən etdiyi hədəflərə çatmaqdan ötrü siyasətin ən vacib tərkib hissəsinə - insan amilinə diqqət yetirir: "Bunu biz dünyanın müxtəlif siyasi sistemlərinin praktik təzahüründə aydın müşahidə edirik. Siyasi sistem öz tərəfdarlarını toplamaq, eloktoratını formalaşdırmaq üçün ayrı-ayrı yollardan və üsullardan istifadə edir. Bu üsullar əsasən siyasi sistemin yarandığı və fəaliyyət göstərdiyi məkanda yaşayan insanların maraqlarına, mənəvi-psixoloji arzularına, maddi tələbatlarının ödənməsinə, onları narahat edən problemlərdən xilas olmaq istəklərinə bağlı olur. Bu amilləri nəzərə alan bir çox siyasi təşkilatlar, partiyalar dünya siyəsət tarixində böyük uğur qazanıblar və vətəndaşlardan daim dəstək ala biliblər. Bunu biz Yeni Azərbaycan Partiyasının timsalında görə bilərik. Ölkəmizdə mövcud olan müxalifət partiyalarının isə bu gün sərgilədiyi siyasətdə yuxarıda qeyd edilən siyasi nəzəriyyə elementlərinin heç birinə rast gəlmirik. Bu partiyalar öz ətrafında çox az sayda insanları birləşdirərək, yalan və uydurma vədlərlə onların etimadını qazana biliblər. Bu az sayda tərəfdar isə 5 milyona yaxın seçici olan bir ölkədə o partiyalara heç bir uğur gətirə bilməz. Müxalifət partiyaları bu gün Azərbaycan vətəndaşını ancaq və ancaq seçici kimi görür. Həm də yalnız seçki ərəfəsində. Lazım olan və imkanları olduqda belə xalqın və dövlətin maraqlarına nizamlanan, millətin istək və arzularını ifadə edən bir bəyanatla, açıqlama ilə də çıxış etməyiblər, mövqe nümayiş etdirməyiblər. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər zamanı dünya mətbuatına çıxış imkanı olduqda da Azərbaycan millətinin, yurd-yuvasından didərgin düşmüş yüz minlərlə insanın pozulan hüquqlarını dilə gətirməyiblər. Azərbaycan dövlətinin, xalqının xarici dövlətlərlə münasibətlərində yaranan gərginliyi hakimiyyətin problemi kimi təqdim edərək geri çəkiliblər. Yalnız seçkidən - seçkiyə özünü xalqa tanıdan müxalifət liderləri bu gün xalqdan dəstək umur. Azərbaycan vətəndaşı isə bu gün müxalifət partiyalarının onlara yönəlik niyyətini dərindən anlayır. Xalq ona yalnız seçici kimi baxan insanların məqsəd və məramını dəqiq bilir. Bunu tarix də sübut edir. 20 il müxalifətdə qalmaq, xalqdan heç bir dəstək almamaq, yalnız hakimiyyətpərəst niyyət sahibi olmalarının nəticəsidir".

Sizin Reklam Yeriniz