Əlaqə Arxiv
news Image
2016.04.24
20:30
| A A A
Şimali Koreyadan Yaponiya və Cənubi Koreyaya güc nümayişi

Cənubi Koreyanın Müdafiə Nazirliyi Şimali Koreya ordusu tərəfindən bu gün dəniz altından ballistik raket atıldığını iddia edib.

 

Mve.az publika.az-a istinadən xəbər verir ki, ballistik raket Şimali Koreyanın Sinpo şəhəri yaxınlığında dəniz altında yerləşdirilən mərkəzdən havaya qaldırılıb.

 

Agentliyin yaydığı xəbərdə deyilir ki, son vaxtlar Şimali Koreya Cənubi Koreya və Yaponiyaya qarşı açıq təhdid yaradan addımlar atır.   

 

Bu arada Yaponiyanın Müdafiə Nazirliyi də Şimali Koreyaya xəbərdarlıq edib. Tokio rəhbərliyi sözügedən xəbərdarlıqla Şimali Koreyanı Yapon dənizində raket sınaqlarından çəkinməyə çağırıb.

 

Sizin Reklam Yeriniz