Əlaqə Arxiv
news Image
2016.04.29
15:56
| A A A
Vitse-spiker: “Ərazi bütövlüyümüzü bərpa edəcəyik”

"Çağırış edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatlar Azərbaycanın yanında olsun". 

Movqe.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında vitse-spiker Bahar Muradova deyib.

Deputat deyib ki, beynəlxalq qurumlar bu məsələdə Azərbaycanın hüquqlarını tanımağa borcludurlar: "Bizim çağırışlarımızın ruhu dəyişməlidir. Biz beynəlxalq təşkilatlara çağırış etməliyik ki, haqqın və ədalətin yanında olsunlar. Belə çıxmasın ki, çağırışlarımızda yalnız birtərəfli maraqların təmin olunmasını istəyirik. Əslində, dünyada və regionda sülhün və ədalətin bərqərar olmasını tələb etməliyik".

B.Muradova deyib ki, artıq xalqın inamı özünə qayıdıb: "Bu onu göstərir ki, biz qarşımıza qoyulan hədəfə çata biləcəyik. Orduda və gənclərimizdə yaranan yüksək vətənpərvərlik hissi deməyə əsas verir ki, ərazi bütövlüyümüzü bərpa edə biləcəyik".



Sizin Reklam Yeriniz