Əlaqə Arxiv
news Image
2012.12.10
15:45
| A A A
Vyaçıslav Volodin : "Rusiya Amerikadan daha demokratikdir"
Movqe.az xəbər verir ki, Kremlin daxili siyasətindən məsul səlahiyyətli Vyaçıslav Volodin Rusiyanın dünyanın heç bir ölkəsi ilə müqayisə edilməyəcək dərəcədə siyasət baxımından azad bir ölkə olduğunu söyləyib. Kremlin Birinci İnzibati Köməkçi vəzifəsini icra edən Volodin, "Bizdə demokratiya maksimum səviyyədədir. Digər ölkələrlə müqayisə edilə bilməz. Demokratiya nümunəsi olaraq qəbul edilən ölkələrdə, məsələn Amerikada belə bizdəki kimi azadlıqlar yoxdur. Onlar birbaşa başçılarını seçmir, həmçinin çox partiyalı sistemləri yoxdur. 

Xatırladaq ki, London əsaslə "Economist Intelligence Unit"in etdiyi "2011-ci il Demokratiya indeksi araşdırmasında Rusiya 167 ölkə arasında 117-ci sırada yer aldığı halda, ABŞ 18-ci yerdə qərarlaşmışdır.

Sizin Reklam Yeriniz