Əlaqə Arxiv
news Image
2012.12.12
18:19
| A A A
Türkmənistan prezidenti həbsdə olan 4 Azərbaycan vətəndaşını əfv edib
Əfv olunanlar qanunsuz balıq ovunda ittiham olunaraq saxlanan “Uran” gəmisinin heyət üzvləridir

Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov "Uran" gəmisində həbs edilmiş dörd azərbaycanlını əfv edib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin APA-ya verdiyi məlumata görə, Türkmənistan XİN bununla bağlı Azərbaycanın Ağqabaddakı səfirliyinə müvafiq nota təqdim edib.

Əfv olunan Azərbaycan vətəndaşları Ağacanov Nizami İsmayıl oğlu, Əliyev Kənan Əliheydər oğlu, Nağıyev Kamran Ayaz oğlu və Nağıyev İsrafil Məmmədhüseyn oğludur.

Xatırladaq ki, heyətində 4 Azərbaycan vətəndaşı olan "Uran" gəmisi oktyabrın 21-də balıq ovlayan zaman Türkmənistan sərhədçiləri tərəfindən saxlanıb. Azərbaycan XİN vətəndaşlarımızın azad edilməsi tələbi ilə Türkmənistana nota göndərib

Sizin Reklam Yeriniz