Əlaqə Arxiv
news Image
2012.12.13
17:39
| A A A
"Əsəd nəzarəti itirir"

Movqe.Az xəbər verir ki, Rusiya xarici işlər naziri müavini Mixail Boqdanov Suriya lideri Bəşər Əsədin ölkəsindəki idarəçiliyi itirdiyini söyləyib. Boqdanov "Suriya rejimi ölkədəki nəzarəti getdikcə itirir. Müxalifət qələbə qazana bilər" deyib.

Suriyadakı müxalifətin qazana biləcəyinə eyham vuran Rusiya xarici işlər naziri Boqdanov lazım olduğu təqdirdə Yaxın Şərq ölkələrində olan vətəndaşlarını evakuasiya edəcəklərini açıqlayıb.

Şamda silahlı hücum və 16 ölü

Suriyada zorakılıqla müşaiyət olunan hadisələr hələ də davam edir. Suriyanın paytaxtı Şamın 25 kilometr cənub-qərbindəki Katanada partlayıcı maddələrlə dolu avtomobillə təşkil edilən hücumda 16 adam öldürülüb. Hücumda 25 nəfər də yaralanıb.

Livanda Hizbullaha yaxın Əl Manar televiziyasının xəbərinə görə, ölən və yaralananlar arasında uşaq və qadınlar var. Suriyanın paytaxtı Şamda dünən də Daxili İşlər Nazirliyi binası qarşısında təşkil edilən silahlı hücumlarda 5 adam öldürülmüşdü.

Sizin Reklam Yeriniz