Əlaqə Arxiv
news Image
2012.12.17
17:45
| A A A
Avropada millətçilik

Afrikadakı hakimiyyət dəyişikliklərini diqqət mərkəzində saxlayanların və ona beynəlxalq mediada müxtəlif adlar qoyanların mühüm üstünlüklərindən biri də yaşadıqları arealda olan problemləri fəal şəkildə gündəmə gətirmələridir.Yaxşı, ərəblər almanların dediyi kimi, aclıq üsyanı edib, mədə inqilabını törədib və hələ də çörəyə çatmayıblar. Bəs, "tox Avropa"dakı təhlükəli siyasi ideologiyalar nədən xəbər verir?

Faşizmi doğuran səbəblər haqqında milyon nüsxələrlə yazılıb, deyilib. Ancaq fərqli düşüncəyə, etnik-milli kökə, irqi ayrıseçkiliyə dair gündəmi zəbt edən baxışlara nə ad vermək olar? Küçədə dua edən müsəlmanları nasistlərlə müqayisə etmək doğrudurmu? Yaxud, kütləvi miqrasiyanın qarşısını almaq üçün onları gətirən gəmini neytal sularda saxlamaqla müasir barbarlıq doğuran şüurlar özünə necə yol tapır? Milli identikliyə çalışan avropalı siyasətçilərin kifayət qədər geniş tərəfdarlara malik olmasının sirri nədədir?

Avropanın hazırki siyasi həyatından daha nələri bilmək lazımdırsa,bu haqda bir ölkənin timsalında söhbət açmaq yerinə düşərdi.

Sizin Reklam Yeriniz