Rusiya və Fransa xarici işlər nazirləri Qarabağ münaqişəsini müzakirə edəcəklər
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 29-da Fransaya səfər edəcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. O, nazirin fransalı həmkarı ilə görüşəcəyini deyib: "Görüşdə Dağlıq Qarabağ münaqişəsi, Ukrayna böhranı və Suriyadakı vəziyyət müzakirə olunacaq".