Əlaqə Arxiv
news Image
2012.12.20
17:30
| A A A
Minsk qrupuna ümidlər hələ tam tükənməyib
Elman Abdullayev: «Biz hesab edirik ki, münaqişənin həlli ilə bağlı diplomatik imkanlar hələ də tükənməyib»

ATƏT-in Minsk qrupunun fəaliyyətindən Azərbaycanı narazı qaldığı elə həmsədrlərin özlərinə də yaxşı məlumdur. Bunu növbəti dəfə xarici işlər nazirinin müavini Araz Əzimov da diqqətə çatdırdı. Onun sözləriən görə, həmsədrlər lazım olan prinsipiallığı göstərmirlər. O qeyd edib ki, Xocalı hava limanının açılışı ilə bağlı məsələdə ATƏT-in Minsk qrupunun həmsədrləri utancaq mövqedə dururlar: "Onlar anlamalıdırlar ki, Ermənistan bu cür təhrikçi addımı atsa, böyük bir böhran ola bilər ki, Azərbaycan ümumiyyətlə bu qeyri-qanuni aktı bağışlamayacaq və susmayacaq" deyə əlavə edib. Ermənistan rəhbərliyi ümumiyyətlə məsələnin həll edilməsində maraqlı deyil".

İndi maraq doğuran odur ki, həmsədrlərin nəticəsiz fəaliyyəti fonunda danışıqlar prosesinə başqa vasitəçininin cəlb edilməsi gündəmə gələ bilərmi?

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Mövqeş Az-a açıqlamasında aşağıdakıları bildirib: " Birincisi on

dan danışmalıyıq ki, Minsk qrupunun həmsədr ölkələri eyni zamanda da BMT Təhlükəsizlik Şurasının üzv ölkələridir. Həmin ölkələr hələ 1993-cü ildə Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və şərtsiz çıxarılması ilə bağlı qətnamə qəbul ediblər. Lakin təəssüf doğurucudur ki, bu gün beynəlxalq ictimaiyyət susqun bir vəziyyətdə Ermənistanın işğalçı siyasətini davam etdirməsini sakitcə izləyir. Heç bir reaksiya ortaya qoymur. Beləliklə də Ermənistan işğalçılıq siyasətini davam etdirməklə beynəlxalq qanunvericiliyi kobud şəkildə pozmaqda davam edir. Azərbaycan tərəfinin təəssüfü ondan ibarətdir ki, beynəlxalq qanunvericiliyin bu cür kobud şəkildə pozulmasının davam etməsini dünya susqun şəkildə müşahidə etməkdədir. Münaqişənin həlli prosesində vasitəçilik fəaliyyəti ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən həyata keçirilir. Ölkəmiz Ermənistan- Azərbaycan münaqişəsi ilə bağlı məsələni müxtəlif arenalarda, beynəlxalq təşkilatlarda qaldırıb. Ümumiyyətlə biz bu məsələnin beynəlxalq səviyyədə qaldırılmasının həmişə tərəfdarıyıq. Hesab edirik ki, bu məsələyə yalnız dar forumda baxılmamalıdır.

Hazırda Azərbaycan Minsk qrupu formatı çərçivəsində danışıqları davam etdirir. Biz hesab edirik ki, münaqişənin həlli ilə bağlı diplomatik imkanlar hələ də tükənməyib. Hesab edirik ki, danışıqlar hələ də bu formatda davam etdirilməlidir Azərbaycan öz mövqeyini aydın şəkildə ortaya qoyur. Sabah haqqında isə təbii ki, heç bir şey deyə bilmərik. Bu gün Azərbaycan danışıqları bu formatda davam etdirir. Amma onu da qeyd edim ki, Azərbaycan tək ATƏT çərçivəsində yox, müxtəlif təşkilatlar çərçivəsində bu məsələni qaldırmağın tərəfdarıdır ".

Sizin Reklam Yeriniz