Əlaqə Arxiv
news Image
2012.12.20
18:00
| A A A
Putin APA-nın müxbirinə necə cavab verdi?
“Bilirəm də, Qarabağı soruşacaqsınız”

Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi mətbuat konfransında azərbaycanlı jurnalistlərin suallarına cavab verməkdən imtina edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, V. Putinun mətbuat konfransında Azərbaycan KİV təmsilçilərinə sual vermək imkanı yaradılmayıb.

Rusiya prezidenti mətbuat konfransını yekunlaşdırmaq istəyərkən APA-nın əməkdaşı "Azərbaycanlı jurnalistlərə sual vermək növbəsi çatmadı axı" - deyə iradını bildirib.

V. Putin isə buna "Bilirəm də, Qarabağı soruşacaqsınız", - deyə reaksiya verib. Jurnalistin "Başqa suallarımız da var" cavabına baxmayaraq, sual vermək növbəsi başqa jurnalistlərə verilib.

Sizin Reklam Yeriniz