Əlaqə Arxiv
news Image
2012.12.26
12:12
| A A A
Yaponiya hökuməti istefaya göndərilib
Movqe.Az-ın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə Baş nazir Esixiko Nod başda olmaqla Yaponiya hökuməti tam tərkibdə istefaya göndərilib.
Tokioda keçirilən təcili iclas zamanı baş nazir də daxil olmaqla Yaponiya hökuməti tam tərkibdə istefaya göndərilib. Bununla da ölkədə demokratların üçillik hakimiyyəti başa çatıb, onları liberal demokratlar əvəz edəcək.
Daha sonra Yaponiya parlamentində ölkənin yeni Baş nazirinin namizədliyi üzrə səsvermə keçiriləcək. Həmin şəxs dekabrda Parlamentin Aşağı Palatasına keçirilən növbədənkənar seçkilərdə mühüm qələbə qazanmış LDP-nin lideri Sindzo Abe olacaq. İndi Esixiko Nodun partiyası müxalifətə keçəcək.
Sizin Reklam Yeriniz