Əlaqə Arxiv
news Image
2013.01.07
18:00
| A A A
Gürcürstanın qalmaqallı naziri Belçikada siyası sığınacaq alıb
Adeişvili müxtəlif illərdə Təhlükəsizlik naziri və Baş prokuror vəzifələrinin icra edib

Gürcüstanın sabiq ədliyyə naziri Belçikada siyasi sığınacaq alıb. "Gruzia Online" saytının verdiyi məlumata görə, ölkə rəhbərliyinə sığınacaq almaq məqsədilə müraciət edib.

Məlumata görə, bu xəbər sosial şəbəkələrdə yayılıb. Orada həmçinin yazılıb ki, Adeişvili Belçika tərəfindən razılıq alıb. Sabiq nazir hələ oktyabrda ailəsi ilə birgə ölkəni tərk edib.

Bu il yanvarın 5-də Tiflis şəhər məhkəməsi onun həbsi haqda qərar çıxarıb. Gürcüstan Prokurorluğu dustaqlarla bağlı yayılmış qalmaqallı kadrların saxta olduğunu bəyan edib.

Z. Adeişvili Gürcüstan prezidenti Mixail Saakaşvilinin yaxın silahdaşlarından biri olub. O, müxtəlif illərdə Təhlükəsizlik naziri və Baş prokuror vəzifələrinin icra edib.

Sizin Reklam Yeriniz