Əlaqə Arxiv
news Image
2013.01.08
11:47
| A A A
Suriya rəhbərliyi böhrandan çıxışa dair qənaətbəxş variantlar tapmaq istəmir
Avropa İttifaqı diplomatiyasının rəhbəri Ketrin Eşton Suriya rəhbərliyinin ölkədəki böhrandan çıxışa dair qənaətbəxş nizamlama variantı təklif edə bilməməsinə görə təəssüf etdiyini bildirib.
Yanvarın 6-da Bəşər Əsəd böhrandan çıxış planını təklif edib. Planda xarici dövlətlərdən terrorçuları maliyyələşdirməyə son qoymağı tələb etmək, milli dialoqa dair konfrans çağırmaq, yeni hökumət yaratmaq, yeni konstitusiya hazırlamaq və ümummilli amnistiya elan etmək nəzərdə tutulur.
K.Eşton bir daha Suriya müxalifətini BMT və ƏDL-nın xüsusi nümayəndəsi Lahdar İbrahiminin böhrandan çıxışa dair planını dəstəkləməyə çağırıb.
Sizin Reklam Yeriniz