Əlaqə Arxiv
news Image
2013.01.08
15:57
| A A A
Prezident öz maaşını 30 faiz azaldacaq

Movqe.az xəbər verir ki, Fransa prezidenti Fransua Hollande prezidentlərin Konstitusiya Şurası üzvlüyünə gəlmələri, toxunulmazlıq zirehi arxasına gizlənmələri və yüksək maaş almalarına son verəcəyini bildirib. Konstitusiya Şurası Başçısı Jean Luiz Debre və səkkiz üzvünü yeni il diləkləri üçün Elysee Sarayına dəvət edən Hollande, burada etdiyi çıxışında prezidentin vəzifə və səlahiyyətləri ilə bağlı islahat planlarını bildirib. Bundan sonra sabiq prezidentlərin Konstitusiya Şurasının üzvləri olmasına son verəcəyini izah edən Hollande ali mühakimənin daha da güclü olması üçün yeni konstitusiya dəyişiklikləri edəcəyini də bildirib. Hollande, prezidentin cəza səlahiyyətinə aid statusunu da dəyişdirəcəyini, bundan belə cinayət törədən prezidentlərin vəzifəsi başında da mühakimə olunacağını, prezident və nazirlərin maaşlarını isə 30 faiz endirəcəyini bildirib. Hollande, islahatların səbəbini, " Ədalət güclü və müstəqil olmalıdır. İnsanlar avtomatik olaraq deyil, qabiliyyətləri və təcrübələri müqabilində vəzifəyə gəlməlidir " sözləri ilə açıqlayıb.

Sizin Reklam Yeriniz