Movqe.Az "Euronews"a istinadən xəbər verir ki, Çin və Rus dəniz qoşunlarının Sarı dənizdə ortaq təşkil etdiyi "Dənizdə əməkdaşlıq-2012" adlı hərbi-dəniz məşqləri başlayıb. Çin mətbuatı ölkənin şərq sahilindəki Çingdao şəhərində mərasimlə əlaqədar açılışı və xüsusilə ölkənin öz istehsalı olan gəmi və sualtı qayıqları ətraflı şəkildə milli ictimaiyyətə tanıdılıb.
Yeddisi Rusiyadan gələn 25 gəminin iştirak etdiyi məşqdə 4 min çinli donanma işçilərinin iştirak etdikləri bildirilib. Ortaq hava sahəsinin müdafiəsi, dənizaltı müdafiə və dənizdə ortaq axtarış və xilas etmə kimi tapşırıqların ediləcəyi bildirilib. Çin Milli Müdafiə Nazirliyindən verilən açıqlamada, "Bu tapşırığın qəti şəkildə üçüncü bir tərəfə göz dağı vermək nümayişi xüsusiyyəti daşımadığı" açıqlanıb.
Ekspertlər isə hadisəyə, "ABŞ-ın Sakit okeandakı strateji fəaliyyətinə istiqamətli ciddi bir hədə" kimi şərh verərkən, "Tapşırığın Çin və Rusiyanın bölgədəki ortaq mənfəəti" olduğu vurğulanıb. Hərbi-dəniz məşqləri aprelin 27-nə qədər davam edəcək. "Dənizdə əməkdaşlıq-2012" Çin və Rus donanma qüvvələrinin son 10 ildə Sarı Dənizdə təşkil etdiyi yeddinci ortaq məşqi olub.
Ziba Yusifova