Əlaqə Arxiv
news Image
2013.01.09
17:24
| A A A
Huqo Çavez and içə bilməyəcək
Movqe.Az bildirir ki, Venesuela lideri Huqo Çavezin yanvarın 10-u and içə bilməyəcəyi açıqlanıb. Məclis Başçısı Diosdado Kabello, Çavezin sağlamlıq problemləri səbəbiylə 10 yanvar Məclisdə təşkil ediləcək and mərasiminə qatıla bilməyəcəyini bildirib. Konstitusiyaya görə prezidentin vəfatı və ya vəzifəsini icra edə bilməz vəziyyətə gəldiyi zaman 30 gün içində yeni seçkilərin keçirilməsi lazımdır. Prezidentin köməkçisi Nikolas Maduro, bəzi müxalifət partiyalarının Çavezin and mərasiminə qatıla bilməməsinə görə ümumi seçkilərin təkrarlanması lazım olduğu fikirini rədd edib, konstitusiyaya görə Çavezin and mərasimindən sonra da vəzifəsinin başında olacağını, lazım olsa daha sonrakı bir tarixdə and içə biləcəyini vurğulayıb. Digər tərəfdən, ABŞ Xarici İşlər Nazirliyinin spikeri Viktoria Nuland, Çavezin sağlamlığı üçün narahat olduqlarını dilə gətirərək ''Çavezin tez bir zamanda sağlamlığına qovuşmasını arzulayırıq'' sözlərini söyləyib.
Sizin Reklam Yeriniz