Əlaqə Arxiv
news Image
2016.10.02
10:00
| A A A
Roma papası Azərbaycana gəlib

Roma papası Fransisk Azərbaycana rəsmi səfərə gəlib.

Movqe.az-ın məlumatına görə, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Roma papasının rəsmi qarşılanma mərasimi keçirilib.

Roma papasını Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov qarşılayıblar.

"Biz hamımız qardaşıq" şüarı altında keçiriləcək səfər çərçivəsində Roma papası Bakıdakı katolik kilsəsində dini ayin keçirəcək, ölkə rəhbərliyi və digər dini konfessiya nümayəndələri ilə görüşlər keçirəcək.

Sizin Reklam Yeriniz