Əlaqə Arxiv
news Image
2016.10.05
08:00
| A A A
Azərbaycan İslam ölkələrinin informasiya koalisiyasının liderinə çevrilir
Azər Həsrət: “Azərbaycanın bu işin önündə olması qarşıya qoyulan məqsədlərə uğurla çatmağa imkan verəcək” Hikmət Babaoğlu: “Transmilli media mərkəzləri tərəfindən İslam dəyərlərinə qarşı təşkil edilən hücumların qarşısına sipər çəkə biləcək intelektual güc yenə də mediaddır”

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistlər Assosasiyasının konfransında çıxışı zamani bəzi maraqli meqamlara toxununb. Qeyd edib ki, Qərbin islamofob dairələri və transmilli mediası müsəlman dünyasında baş verən hadisələri, prosesləri birtərəfli və əsasən qərəzli formada təqdim edirlər: "Nəticə etibarilə maddi və mənəvi zənginliyə malik olan müsəlman ölkələri, tolerant və multikultural xarakteri ilə seçilən müsəlman xalqları, həm də sülh və barışıq dini olan İslam dini haqqında beynəlxalq ictimaiyyətdə qeyri-obyektiv və yanlış təsəvvür yaradılır. İslamı terrorla eyniləşdirmək, hər bir müsəlmanı potensial terrorçu obrazında təqdim etmək, İslam dəyərlərini ümumbəşəri dəyərlərdən ayıraraq yad və zərərli element kimi qələmə vermək cəhdləri haqlı olaraq bütün İslam aləmində ciddi etirazlar doğurur.

Hesab edirik ki, İslam ölkələrinin informasiya vasitələrində obyektivliyin və həmrəyliyin təmin edilməsi, bu məqsədlə KİV-lərin fəaliyyətinin əlaqələndirilməsi, birgə media təsisatlarının yaradılması və onların məqsədyönlü fəaliyyətinin təşkili, müsəlman dünyasının maraqları naminə dünyanın aparıcı KİV-ləri ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, aktual mövzularla bağlı forum və konfransların təşkili və digər bu kimi tədbirlər hazırda öz aktuallığını getdikcə artırır. İƏT-ə üzv ölkələrin KİV-ləri arasında obyektiv informasiya mübadiləsinin genişləndirilməsi, virtual dünya məkanında birgə fəaliyyətin koordinasiyası, vahid internet resurslarının yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac var".

İƏT-ə üzv ölkələrin virtual dünya məkanında birgə fəaliyyətin koordinasiyası, vahid internet resurslarının yaradılması mümkündürmü və bu əsl islam həqiqətlərinin dünyaya çatdırılmasında hansı rol oynaya bilər? 

Siyasi şərçi Azər Həsrət İslam ölkələri arasında virtual məkanda birgə fəaliyyət və vahid internet resurslarının yaradılmasını mümkün hesab edir: "İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistlər Assosasiyasının konfransında quruma üzv ölkələrin KİV-ləri arasında obyektiv informasiya mübadiləsinin genişləndirilməsi, virtual dünya məkanında birgə fəaliyyətin koordinasiyası, vahid internet resurslarının yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsi kimi məsələlərin müzakirə edilməsi olduqca vacibdir. Şəxsi qənaətim ondan ibarətdir ki, İslam aləmində həmrəylik həmişə problem olub. İslam ölkələri, müsəlman xalqları arasında həmişə həmrəyliklə bağlı problem yaşanıb. Bu baxımdan da həmin problemin aradan qaldırılması üçün hansısa bir ölkənin önə düşməsi lazım idi. Bu mənada həmin problemin çözülməsində ən uğurlu və bacarıqlı ölkə də fikrimcə, Azərbaycan ola bilər. Azərbaycan dövlətinin, onun vasitəsilə İslam Əməkdaşlıq Təşkilatı, yaxud da müsəlman ölkələrini özündə birləşdirən digər təşkilatların da bu işə öz töhfəsini verməsi lazımdır. Azərbaycan dövləti təbii ki, dünənki (iki gün öncə-red.) tədbirdə kifayət qədər yüksək səviyyədə təmsil edilməklə prosesə öz dəstəyini vermiş oldu. Bunu bir mesaj kimi qəbul etdik ki, dövlətimiz İslam ölkələrinin KİV sahəsində vahid cəbhədən hərəkət etməsinin arxasında olacaq. İstənilən halda bu məsələnin daha da inkişaf etdirilməsi üçün dövlət öz əlini geri çəkməməli, prosesi inkişaf etdirməlidir. İƏT ölkələrin virtual dünya məkanında  birgə fəaliyyətin koordinasiyası əlbəttə ki, mümkündür. Burada mümkün olmayan bir şey yoxdur. Sadəcə olaraq, işin başında duran insanlar çalışmalı, zəhmətkeş olmalı və əlbəttə ki, hədəflərini konkretləşdirib o hədəflərə doğru da irəliləməlidirlər. Azərbaycanın bu işin önündə olması qarşıya qoyulan məqsədlərə uğurla çatmağa imkan verəcək. Bu optimizmin özünü nə qədər doğruldacağını da zaman göstərəcək".     

Milli Məclisin deputatı Hikmət Babaoğlunun da fikrincə, İƏT üzvü ölkələrinin Jurnalist Assosiasiyasının yaradılması İslam həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayacaq: "Hazırda olduqca mürəkkəb tarixi bir mərhələdə yaşayırıq. Bu mərhələnin mürəkkəbliyi müxtəlif sivilizasiyalar arasında dialoq qıtlığı və yaxud müxtəlif islamafob siyasi mərkəzlər tərəfindən qərəzli şəkildə dialoq qıtlığının yaradılması ilə müşahidə olunur. Sivilizasiyaların qarşıdurması tenedensiyası daha da qabardılaraq iki cəbhə yaradılmağa cəhd edilir. 

Düşünürəm ki, bu ziddiyyətli qütbləri birləşdirən və onlar arasında dialoqu mümükün edən yeganə vasitə mediadır. Transmilli media mərkəzləri tərəfindən İslam dəyərlərinə qarşı təşkil edilən hücumların qarşısına sipər çəkə biləcək intelektual güc yenə də mediadır. Ona görə də Azərbaycan Respublikası Prezidentinin ictimai məsələlər üzrə köməkçisi Əli Həsənovun belə bir təşəbbüslə çıxış etməsi, eyni zamanda Azərbaycan mediasından gələn təşəbbüsləri dəstəkləməsi olduqca əhəmiyyətli və miqyasına görə böyük bir hadisədir. Bu Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən dialoq, əməkdaşlıq siyasətinin davamı kimi qiymətləndirilməlidir. Belə bir informasiya koalisiyasının yaradılması əslində, uzun müddətdir Qərb media institutlarının təşkilatlanmasına qarşı İslam dünyasının adekvat təşkilatlanması kimi də qəbul edilə bilər. Çünki İslam sivilizasiyasının mənafelərinin qorunması, İslam haqqında həqiqətlərin dünyaya çatdırılması, dinimizi təhrif edən, onu terrorçu din kimi təqdim edən Qərb mediasına qarşı məzmunlu və effektiv cavab verilməsi yalnız kollektiv assosiasiya şəkildə mümkündür ki, Azərbaycan da bunu etməyə çalışır. Proses davam edərsə, İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələr ona lazımı dəstək verərsə, heç şübhəsiz ki , İslam Əməkdaşlığı Təşkilatına üzv olan ölkələrin Jurnalistlər Assosasiyası ciddi bir quruma çevrilə bilər və qlobal informasiya ekspansiyasına qarşı effektiv intellektual mübarizə vasitə ola bilər".

Sizin Reklam Yeriniz