Əlaqə Arxiv
news Image
2016.10.06
07:00
| A A A
Radikal müxaliflərin miqrant alveri
Tahir Kərimli: “Radikal müxalifətin miqrant alverilə məşğul olması Azərbaycanın imicinə zərbə vurmağa hesablanmış bir addımdır” Məmməd Əlizadə: “Dövlətimizin beynəlxalq miqyasda əldə etdiyi uğurlarına ləkə salmaq üçün radikallar belə çirkin əmələ baş vurublar”

Razi Nurullayevin  sədrlik etdiyi AXCP Əli Kərimli və ona yaxın olanları miqrant alverində ittiham edib. Bununla bağlı Əli Kərimlinin yaxın adamı Fikrət Hüseynovun Avropadakı miqrant alverini təsdiqləyən səs yazısını da yayıblar. Ümumiyyətlə, radikal müxalifətin çoxdan miqrant alveri ilə məşğul olduğu bildirilir. Bu məsələdə onlar Avropanı da aldadıb Azərbaycanın imicinə zərər vururlar. Nədən radikallar buna gedir və pul müqabilində belə çirkin addımlar atırlar? 

Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirdi ki, radikal müxalifətin miqrant alverilə məşğul olması  Azərbaycanın imicinə zərbə vurmağa hesablanmış bir addımdır: "Razi Nurullayev bilirsiniz ki, uzun müddət AXCP rəhbərliyinə aid olan bir şəxs olub. Bu mənada həm də AXCP-də gedən proseslərlə bağlı yəqin ki,  məlumatlı şəxsdir. Məlumatı olmasaydı, yəqin ki, AXCP-nin miqrant alverilə məşğul olduğu barədə məlumatları da verməzdi. Həmçinin, başqa mənbələrdən də AXCP rəhbərliyinin miqrant alverilə məşğul olduğu barədə fikirlər səslənib. Hesab edirəm ki, belə bir mülahizələr ortalıqdadırsa, ən azından yoxlanılmalıdır. Radikal müxalifət miqrant alveri kimi çirkin işlərə də baş qoşubsa, əlbəttə ki, bu Azərbaycan qanunları ilə hətta cinayət məsuliyyətinə səbəb olan bir haldır. Nəinki inzibati  və ya mülkü, birbaşa cinayət məsuliyyətinə səbəb olan bilən bir haldır. Ona görə də belə hallarda əslində, hüquq-mühafizə orqanlarına müraciət olunmalı və araşdırılaraq belə faktlara yol verənlər müvafiq cəzalarına çatmalıdırlar. 

Hər halda radikal müxalifət tərəfindən həyata keçirilən bu kimi çirkin əməllərin mövcudluğunun özü Azərbaycanın imicinə radikalların vurduğu böyük bir zərbədir. Bu, miqrant məsələsində süni problemlər yaratmağa xidmət edir. Həmçinin xristian müsəlman, Azərbaycanla Qərb arasındakı münasibətlərinin korlanmasına hesablanmış addımlardır. Miqrant alveri ilə məşğul olan radikal müxalifətin bu əməli qınanılası və araşdırılmalı olan bir hadisədir". 

Politoloq Məmməd Əlizadə düşünür ki, radikal müxalifət miqrant alverinə  Azərbaycanın imicinə zərbə vurmaq və çirkin yollarla olsa da belə gəlir götürmək məqsədilə gedir: "Radikal müxalifətin miqrant alverilə məşğul olduğu barədə fikirlər çoxdan səslənir. Onlar bu və ya digər şəxsləri aldadaraq çox güman ki, müəyyən məbləğ müqabilində Avropa ölkələrindən birinə mühacir etmələrinə "yardım" edirlər. Bu prosesdən deyərdim ki, radikallar çoxdandır ki, "yararlanırlar". Belə hallara radikal müxalifət yol verirsə, deməli, onlar bununla bir tərəfdən alver edir ki, bu da yolverilməz olmaqla yanaşı, qanuna zidd haldır. 

Digər tərəfdən də, miqrant alverini həyata keçirməklə radikallar Azərbaycan dövlətinin nüfuzuna da xələl gətirirlər. Özləri də görünür ki, bunu bilərəkdən edirlər ki, dövlətimizin beynəlxalq miqyasda əldə etdiyi uğurlarına ləkə salınsın. Yəni bu niyətlərilə radikal dairələr bir tərəfdən həm çirkin metodlarla gəlir götürməyi düşünürlər, digər tərəfdən də, dövlətimizin imicinə zərbə vurmağa çalışırlar. Hər iki halda radikal müxalifət dövlətçilik maraqlarından və qanun çərçivəsində hərəkət etmək prizmasından uzaq olduqlarını bir daha ortaya qoymuş olurlar. Ona görə də miqrant alveri istiqamətində belə hallar varsa, müvafiq qurumlar prosesi araşdırıb ona qarşı qanun çərçivəsində lazımı addımları atmalıdırlar".

Sizin Reklam Yeriniz