Əlaqə Arxiv
news Image
2016.10.06
09:59
| A A A
Slovakiyanın birinci prezidenti vəfat edib

Slovakiya Respublikasının 1993-1998-ci illərdə ali dövlət vəzifəsini tutmuş birinci prezidenti Mixal Kovaç oktyabrın 5-i Bratislavada vəfat edib.

TASS xəbər verir ki, bu barədə Slovakiya radiosu məlumat yayıb.

"Onun ölümünə "ürək dayanması" səbəb olub", - deyə məlumatda bildirilir.

"Mixal Kovaç uzun müddət idi ki, Parkinson xəstəliyindən əziyyət çəkirdi və o, 87 yaşında ikən dünyasını dəyişdi", - deyə radio qeyd edib.


Sizin Reklam Yeriniz