Əlaqə Arxiv
news Image
2016.10.06
11:40
| A A A
Əfqanıstana 15,6 milyard dollarlıq yardım vəd olunub

Donor-dövlətlər yaxın 4 ildə Əfqanıstanın inkişafına 15,2 milyard dollar ayırmağı vəd ediblər.


Movqe.az BBC-yə istinadən xəbər verir ki, ötən gün Avropa İttifaqının Əfqanıstana dair Brüsseldə keçirdiyi beynəlxalq konfrans başa çatıb.


İnformasiyaya əsasən, 4 il əvvəl bu məqsədlə 16 milyard dollar pul toplanıb. Məlumata görə, budəfəki məbləğin bir qədər az olmasına səbəb kimi Suriyadakı müharibənin donor-dövlətlərin diqqətinin yayındırması göstərilir.


Konfransda 70-dən çox dövlət və 20 beynəlxalq təşkilatın nümayəndəsi iştirak edib.

Rəsmi Kabul Avropanın geri göndərdiyi əfqan mühacirləri qısa müddətə qəbul etməyə razılıq verib.


Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov konfransındakı çıxışı zamanı deyib: "Bu yaxınlarda Prezident İlham Əliyev Azərbaycan və Əfqanıstan arasında xüsusilə təhlükəsizlik sahəsində bir neçə milyonluq yardım haqqında sazişi təsdiq edib. Onun həyata keçirilməsinə artıq başlanılıb. Bizim hərbi birləşmələrimiz Qətiyyətli Dəstək Missiyasında xidmət edir və biz NATO Etimad Fondu vasitəsilə əfqan ordusuna maliyyə yardımı göstəririk".


Məlumata görə, Əfqanıstanın ordusu və xüsusi xidmət orqanları hazırda ölkənin 34 əyalətində "taliban" silahlılarına qarşı döyüşür.

Sizin Reklam Yeriniz