Əlaqə Arxiv
news Image
2016.10.06
16:48
| A A A
Lavrov Ermənistana gedir

14 oktyabrda Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) xarici işlər nazirlərinin şura iclası keçiriləcək. Movqe.az AzVision.az-a istinadən xəbər verir ki, iclasda Rusiya xarici işlər naziri Sergey Lavrov da iştirak edəcək. İclasda şuraya üzv olan dövlətlər arasında əməkdaşlıq sisteminin daha da təkmilləşdirilməsinin aktual aspektləri, hərbi əməkdaşlığın inkişafı, beynəlxalq terrorizmə qarşı mübarizə, beynəlxalq və regional təhlükəsizlik məsələləri, kollektiv təhlükəsizlik təşkilatının üzvü olan dövlətlərin başçılarının təsdiqinə çıxarılacaq sənədlər müzakirə ediləcək.


Sizin Reklam Yeriniz