Əlaqə Arxiv
news Image
2016.10.07
11:38
| A A A
ABŞ eksperti: Aprel hadisələrindən sonra Birləşmiş Ştatlar oyandı

"Azərbaycan inkişaf etməkdə davam edir. Həmçinin Azərbaycan güclü ordu yaratmağı bacarıb". Movqe.az-ın məlumatına görə, bunu Ceymstaun Fondunun prezidenti Qlen Hovard bu gün "Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər" mövzusunda Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilmiş konfransda deyib.


O qeyd edib ki, Azərbaycan ordusunun gücü aprel döyüşlərində özünü göstərdi. Amerikalı ekspert bildirib ki, Azərbaycan dörd gün ərzində uğurlu müharibə apardı və ərazilərinin bir hissəsini azad etdi: "Aprel hadislərindən sonra ABŞ oyandı və dedi ki, biz Minsk prosesini davam etdirməliyik".


Q.Hovard Ermənistanda "İsgəndər" raketlərinin olmasına da münasibət bildirib. O qeyd edib ki, bu raketlərin Ermənistanda olması Qafqazda təhlükəli vəziyyət yaradır: "Ermənistanda bu raketlərin olması regionda sanki silah yarışı yaradacaq. Təbiidir ki, Azərbaycan da özünü müdafiə etməlidir. Biz bilmirik, amma Azərbaycan özünü müdafiə etmək üçün nəsə edəcək. İndi 90-cı illər deyil, Azərbaycan inkişaf edən ölkədir, dünyanın bir çox ölkələri ilə sıx əməkdaşlığı var və ona görə də Azərbaycan müxtəlif variantlardan yararlana bilər".


O deyib ki, Ermənistanın "İsgəndər" silahları alması yeni silah yarışı yarada bilər: "ABŞ bunu baa düşməlidir".

Sizin Reklam Yeriniz