Əlaqə Arxiv
news Image
2016.10.08
08:00
| A A A
Xəzəryanı ölkələr üçün Azərbaycanın strateji əhəmiyyəti artır
Qazaxıstan və Türkmənistanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasında Azərbaycan əsas tranzit məkan olacaq

Xəzər dənizi akvatoriyasında zəngin karbohidrogen yataqlarının olması regionun geosiyasi və iqtisadi əhəmiyyətini ildən-ilə artırır. Bu strateji məhsullara dünyada artan tələbat onların istehsalını və nəqlini dünya iqtisadi sistemində bir nömrəli məsələ kimi gündəmdə saxlayır. 

İş burasındadır ki, regionun karbohidrogen ehtiyatlarının ən böyük alıcısı Avropa İttifaqıdır. İttifaqa neft və qaz daşıyan ən qısa və iqtisadi cəhətdən səmərəli yol isə Azərbaycandan keçir. Bu marşrutun siyasi yükü də yüngüldür. Çünki, ambisiyasızdır. Təhlükəsizliyə və təminata görə güclü zəmanətə malikdir. Bu səbəblərdən neft və qaz kəmərlərinin Azərbaycan üzrə nəqli bu məhsulu idxal və ixrac edən dövlətlərin hamısının marağındadır. 

Bu günlərdə Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib ki, Qazaxıstanın cənub ərazilərində və Xəzərin bu ölkəyə aid sektorunda aparılan geoloji-kəşfiyyat işləri nəticəsində aşkarlanan, ehtiyatları 6-9 milyard barrel həcmində qiymətləndirilən "Tengiz" yatağının işlənməsi üzrə operator - Amerikanın "Chevron Texaco" şirkəti 2008-ci ildən etibarən bu yatağın neftinin BTC vasitəsilə Aralıq dənizinin bazarlarına çatdırılmasına nail olub: "Beləliklə, BTC həm "Kaşa-qan", həm də "Tengiz" yatağının timsalında hələ uzun müddət Qazaxıstan üçün öz əhəmiyyətini qoruyub saxlayacaq. Hər iki yatağın ehtiyatlarını əlavə etsək, Qazaxıstanın sübut olunmuş neft ehtiyatları təxminən 5,5 milyard ton, qaz ehtiyatları isə 3 trilyon kubmetr həcmində qiymətləndirilir. İldə təxminən 33,6 milyard kubmetr qaz, 80 milyon ton neft istehsal edən və bu qədər karbohidrogen ehtiyatlarına malik Qazaxıstanın ixracla bağlı BTC istisna olmaqla, hazırda müstəqil, etibarlı və təhlükəsiz transmillli marşrut zəmanəti yoxdur. Tengiz-Novorossiysk, Atırau-Samara, Atasu-Alışankou neft kəməri və Xəzər Kəmər Konsorsiumu kimi ixrac dəhlizlərinin imkanları isə gələcəkdə xeyli dərəcədə artması proqnozlaşdıran ixrac potensialını qarşılamaq üçün kifayət deyil. Bu marşrutların buraxıcılıq qabiliyyətini və çatdırılacaq təchizat həcmlərini nəzərə alaraq, rəsmi Astana əsas diqqətini Qazaxıstan-Xəzər nəqletmə sistemi üzərində cəmləyib. Bu nəqletmə sisteminə əsasən, uzunluğu 739 km olan Eskene-Kirik-Bakı neft kəmərinin inşası planlaşdırılır". 

Bu ilin yanvar-avqust aylarında isə artıq Qazaxıstandan neft və neft məhsullarının Azərbaycan ərazisi ilə Batumi neft terminalı istiqamətində daşınmasının həcmi 1,6 milyon ton təşkil edib. Bildirilir ki, 2015-ci ildə isə Azərbaycan ərazisi ilə 2,9 milyon ton Qazaxıstanın neft və neft məhsulları Batumi neft terminalı istiqamətində daşınıb.

Qazaxıstan Azərbaycanla quru sərhədlərə malik deyil. Nazir müsahibəsində qeyd etməsə də, təbii ki, yeni kəmər Xəzərin dibi ilə çəkiləcək. Bunun ardınca isə çoxdan müzakirəsi aparılan və bəzi qonşu dövlətlərin maneçiliyi ilə üzləşən "Transxəzər" qaz  kəməri layihəsinin gerçəkləşməsi üçün zəmin yaranacaq. Bu isə kəmərlər strategiyasının baş layihəsinə çevrilə bilər Çünki, "Transxəzər" kəmərilə təkcə həm də Türkmənistanın ehtiyatları nəql olunacaq. Bu səbəbdən də Qazaxıstandan Azərbaycana çəkiləcək yeni kəmərin siyasi və iqtisadi əhəmiyyəti çox və önəmlidir. 

Sizin Reklam Yeriniz