Əlaqə Arxiv
news Image
2013.01.11
07:17
| A A A
İsa Qəmbərin prezidentliyə namizədliyinin irəli sürülməsi cəmiyyətdə önəmli hadisə olmadı
“Bunlar bütün hər şeydən imtina edərək, necə deyərlər, bütün siyasi leksikonlardan, platformalardan kənar duraraq, artıq meyxana janrında seçkiyə qatılırlar”

Azərbaycan müxalifəti uzun müddətdən bəri düşdüyü siyasi apatiyadan çıxmaq üçün müxtəlif yollar axtarırdı və hər zaman da hakimiyyətin, onun həyata keçirdiyi siyasi texnologiyalara xeyli müxalif mövqelər sərgiləyirdi. Eyni zamanda, bu münasibətləri səciyyələndirən ən mühüm keyfiyyətlərdən biri o idi ki, ictimai fikrə, mətbuata guya yalnız ciddi siyasi analitik dillə çıxmaq lazımdır. Bunu Gün.Az-a açıqlamasında millət vəkili Zahid Oruc jurnalist Günel Mövludun "facebook"da Müsavat Partiyasının başqanı İsa Qəmbərlə bağlı meyxana üslubunda fikirlərinə və sonradan sözügedən şəxslər də daxil olmaqla, bu ətrafda baş verən meyxana üslubunda deyişməyə münasibətini bildirərkən dilə gətirib. Z.Orucun dediyinə görə, amma həmin qüvvələr dəfələrlə özlərinin hadisələrin normal təhlilindən, regional və beynəlxalq prosesləri düzgün dəyənləndirmək imkanlarından məhrum olduqlarını sübuta yetirmişdilər. Millət vəkili eyni zamanda hesab edir ki, İ.Qəmbərin növbəti dəfə prezidentliyə namizədliyinin irəli sürülməsi cəmiyyət həyatında xüsusi önəmli hadisə kimi dəyərləndirilmədi və ümumiyyətlə, seçki prosesinə də ciddi təsir göstərək hadisə kimi gözdən keçirilmədi: "Belə olan təqdirdə, ictimai fikri necə tutmalı, bura hansı formada təsir göstərməli?! Görünür ki, bunlar bütün hər şeydən imtina edərək, necə deyərlər, bütün siyasi leksikonlardan, platformalardan kənar duraraq, artıq meyxana janrında seçkiyə qatılırlar və mənə elə gəlir ki, ona da adekvat cavab alacaq, adekvat nəticə qazanacaqlar. Düzdür, etiraf edək ki, bu, onları dildən-dilə salacaq, yəni, müəyyən mənada onun qafiyəsini tutmağa və davam etdirməyə xeyli çalışanlar olacaq. Bəlkə, bunu da özləri üçün uğur sayacaqlar ki, ictimai təfəkkürlərdə, beyinlərdə hansısa formada özlərinə yer alırlar.

Ancaq, qoy ölkənin siyasi həyatı və qalibi bu dövlət və onun lideri olsun, müxalif kəsimin rəhbəri isə meyxana stilində bir sonucla, necə deyərlər, o da o prosesin önündə olsun. Burada qəti problem yoxdur..."
Sizin Reklam Yeriniz