Əlaqə Arxiv
news Image
2016.10.11
16:43
| A A A
MSK sədri: "Azərbaycan seçki proseslərində ən inkişaf etmiş Avropa ölkələrindən geri qalmır"

"Mərkəzi Seçki Komissiyası sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar səsvermənin təşkili üçün üzərinə düşən vəzifəni yerinə yetirib".

 

Movqe.az-ın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov deyib.

 

M. Pənahov bildirib ki, səsvermə çox rəvan keçib: "Azərbaycan mətbuatının da referendumla bağlı prosesdə hər hansı qanun pozuntusuna yol verməsi halına rast gəlinmədi. Bu, həm jurnalistlərinin peşəkarlığı, həm də seçki subyektlərinin maariflənməsi ilə bağlıdır. Polisin də prosesdə fəaliyyəti yüksək qiymətləndirilib, hər hansı irad olmayıb".

 

MSK sədri bildirib ki, ən qərəzli müşahidəçilərin hesabatlarında da seçki prosesində hakimiyyət resurslarından istifadə olunması barədə ifadəyə rast gəlinmir: "Bir vaxtlar irad kimi səslənən bu ifadə artıq yaddan çıxıb. Azərbaycan seçki proseslərində ən inkişaf etmiş Avropa ölkələrinin heç birindən geri qalmır".

Sizin Reklam Yeriniz