Əlaqə Arxiv
news Image
2016.10.12
09:00
| A A A
Həlli uzanan Qarabağ konflikti Avropa üçün də böyük təhdid yaradır
İlqar Vəlizadə : “BMT-də, ATƏT-dəki inhisarçılıq münaqişənin həllinə müəyyən əngəllər törədir” Adıgözəl Məmmədov: “Regionda Azərbaycanın güclənməsini istəməyən qüvvələr var”

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxundu. 

Prezident bildirdi ki, Dağlıq Qarabağ məsələsinin həll olunmaması təkcə Ermənistana görə deyil: "Ermənistanın böyük himayədarları var, biri ona pul, biri silah verir, biri lobbi yaradır, biri təbliğ edir". Bəllidir ki, bu cür vəziyyətdə  münaqişə həll edilməmiş halda qalır ki, təhlükəsi tək Qafqazı yox, Avropanı belə təhdid edir. Bu, azmış kimi tənzimləmə missiyasını üzərilərinə götürmüş beynəlxalq təşkilatlar da münaqişənin sülh yolu ilə həllində maraqsız görünürlər. Halbuki, xüsusən dünyada gərinliyin artdığı bir zamanda onlar  daha aktiv olmalıdırlar. Nəzərə də alaq ki, Qarabağ münaqişəsi ilə bağlı bəyanatlar, qətnamələr var, amma yerinə yetilirmir, bu da ikili standartdan və beynəlxalq hüququn ali olmamasından xəbər verir. 

Siyasi təhlilçi İlqar Vəlizadə bildirdi ki, Qarabağ probleminə təsiri ola biləcək iki mötəbər beynəlxalq təşkilatın adını çəkə bilərik: "Bunlardan biri BMT, digəri isə ATƏT-dir. Digər təşkilatlar isə köməkçi rol oynayırlar. 

Məlumdur ki, BMT Qarabağ münaqişəsinin həlli ilə bağlı 4 qətnamə qəbul edib. Lakin beynəlxalq təşkilatların yanaşması daha çox fövqəldövlətlərin yanaşmaları ilə üst-üstə düşür. Qarabağ münaqişəsinə münasibətdə onlar eyni mövqedə dayanırlar. Müharibə yox, "sülh olsun" prinsipindən çıxış edirlər. Bu, onların mənafelərinə uyğun gəlsə də, Azərbaycanın maraqlarına ziddir. Yəni, beynəlxlq təşkilatların arxasında fövqəlgüc dövlətlər və onların maraqları dayanır. Eləcə də ATƏT-də üç həmsədr ölkə təsiredici imkanlara malikdir. Bu təşkilat çərçivəsində də eyni münasibət bəsləyirlər. Yəni, BMT-də, ATƏT-dəki inhisarçılıq münaqişənin həllinə müəyyən əngəllər törədir. Halbuki, BMT-də də, ATƏT-də də tərəfaşlarımız var. Ancaq onların səsləri eşidilmir. Çünki, təşkilatların mexanizmi elə qurulub ki, yalnız və yalnız fövqəldövlətlərin sözü keçir. Ona görə zaman-zaman BMT-nin, ATƏT-in mexanizminin, strukturunun dəyişdirilməsi təklif olunur. Ancaq oradakı güclər bu islahatların keçirilməsinə əngəllər yaradır. Bu da dolyası ilə Qarabağ probleminin həllinə maneçilik törədir". 

Digər politoloq Adıgözəl Məmmədov bildirdi ki, problemin həllini həyata keçirə biləcək müvafiq strukturlar heç də ədalətli həllinin tərədarı kimi deyil, Azərbaycan tərəfindən güzəşt istəyirlər: "Eyni vəziyyət İraqın Küveytə hücumunda da yaşanmışdı. O zaman BMT qərar qəbul etdi və dərhal onun icrası həyata keçirildi. Ancaq nədənsə, BMT Qarabağ məsələsində eyni növqedən çıxış etmir. Çünki, regionda Azərbaycanın güclənməsini istəməyən qüvvələr var. 

Azərbaycanın gücləməsi dövlət olaraq öz ərazi bütövlüyünü təmin etməsi, geopolitik, siyasi, iqtisadi, həm də təsiretmə mexanizmi baxımından güclənməsi deməkdir. Ölkəmizin bu cür güclənməsində maraqlı olmayan qüvvələr çoxdur. Elə Ermənistana dəstək verən dövlətlərin əsas niyyəti də budur. Əslində, Dağlıq Qarabağda və digər istiqamətlərdə torpaqlarımızın işğalından sonra gördüyümüz səhnə bir çox siyasi çevrələrin iç üzü açdı. Dünənə qədər dindaş, qardaş, əqidədaş bildiyimiz bəzi siyasi qüvvələrin hansı məqsədlər daşıdığını bariz şəkildə gördük. Ona görə də Azərbaycan dövləti müttəffiqlərinə söykənərək sağlam müttəffiqlik çərçivəsində torpaqlarının azad olunması hüququnu əlində saxlayır. Bu, hər an Ali Baş Komandanın əmrinə tabe olan Azərbaycan Ordusunun mükəlləfiyyətidir. Bu baxımdan zaman və Azərbaycan dövlətinin varlığı bizim xeyrimizə işləyir". 

Sizin Reklam Yeriniz