Əlaqə Arxiv
news Image
2016.10.11
17:46
| A A A
NATO Azərbaycanla əməkdaşlığı genişləndirmək üçün yeni proqram hazırlayır

NATO növbəti il Azərbaycanla əməkdaşlığı genişləndirmək üçün yeni "Sülh naminə əməkdaşlıq" proqramını hazırlayır.


Movqe.az xəbər verir ki, bunu Trend-ə NATO-nun Brüsseldəki mətbuat xidmətindən deyiblər. Alyansın ofisindən qeyd ediblər ki, Azərbaycan NATO-nun əhəmiyyətli və qiymətli tərəfdaşıdır.


NATO ofisindən deyiblər ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün xüsusi əhəmiyyətə malikdir, həmçinin regionda sülhün və sabitliyin saxlanılmasında xüsusi rol oynayır: "NATO və Azərbaycan arasında əməkdaşlıq yalnız silahlı qüvvələrin müasirləşdirilməsi ilə məhdudlaşdırılmır, tərəflər arasında partnyorluq müdafiə islahatlarına, demokratik institutların və səmərəli idarəetmə strukturlarının qurulmasına da yönəlib".

Sizin Reklam Yeriniz