Əlaqə Arxiv
news Image
2013.01.15
13:00
| A A A
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri görüşdən sonra baş tutacaq
Azərbaycan Ermənistan xarici işlər nazirlərinin yanvarın sonlarında Parisə baş tutacaq görüşündən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri yenidən regiona səfər etməyi planlaşdırır. Bu barədə APA-ya ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Jak For məlumat verib. "Nazirlərin yanvarın sonunda keçiriləcək görüşündən sonra biz çox güman ki, Paris görüşündən sonra münaqişənin nizamlanmasına dair diskussiyaları davam etdirmək üçün regiona müntəzəm səfərlər edəcəyik".
Görüşün formatına gəldikdə isə həmsədr qeyd edib ki, ola bilər ki, bu görüş XİN başçılarının həmsədrlərin iştirakı ilə görüşü olsun: "Buna nazirlər özü qərar verməlidir".
Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü yanvarın 28-də Parisdə keçiriləcək.
Sizin Reklam Yeriniz