Əlaqə Arxiv
news Image
2013.01.15
14:10
| A A A
Paris görüşü də Qarabağ münaqişəsinin həllinə heç nə vəd etmir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bildirdiyinə görə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair növbəti görüşləri yanvar ayının 28-ə planlaşdırılıb. Qeyd edim ki, keçirilməsi razılaşdırılan bu görüşdən də elə bir əhəmiyyətli nəticə gözləməyə dəyməz. Görüş sadəcə tərəflər arasında artan gərginliyi aradan qaldırmağa hesablanıb. Əgər bu belə olmasa idi, o zaman prezidentlərin görüşünün keçirilməsi daha çox aktual ola bilərdi. Belə bir addımın isə nə zaman atıla biləcəyi deyərdim ki, sözün həqiqi mənasında sual altındadır.

Nazirliklər səviyyəsində görüşlərin baş tutması əslində heç də prosesdə yaxşı nələrinsə baş verdiyini deməyə imkan vermir. Belə ki son dövrlərdə bu səviyyədə keçirilən bütün görüşlər ancaq tərəflər arasında artan gərginliyin aradan qaldırılmasına yönəli addımlar olubdur.

Qeyd edim ki, keçirilməsi nəzərdə tutulan Paris görüşündə çox böyük ehtimal ilə Rusiyanın Cənubi Qafqaz siyasəti daha çox ağırlıq təşkil edəcək. Bu sözsüz ki, işğalçı Ermənistanın mövqelərində özünü daha açıq şəkildə biruzə verəcəkdir. Belə olan təqdirdə isə öncə də qeyd etdiyim kimi bu danışıq prosesindən də hansısa irəliləyişin gözlənilməsi sözsüz olaraq mümkün olmayacaqdır. Burada rəsmi Bakının yeganə qazana biləcəyi məqam isə Xocalı hava limanın açılışı ilə bərabərində gətirə biləcəyi müharibə barədə rəsmi İrəvana xəbərdarlığını bir daha sərt bir şəkildə çatdıra bilməsi olacaqdır.

Sizin Reklam Yeriniz