“Bəzi qüvvələr Moskva ilə Ankaranın yaxınlaşmasını narahatlıqla
müşahidə ediblər”.
Movqe.az-ıın məlumatına görə, bunu Rusiyanın “Sputnik” agentliyinə
müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev deyib.
Azərbaycan prezidenti əmin olduğunu bildirib ki, Türkiyə tərəfindən
Rusiyanın Su-24 təyyarəsinin vurulması insidentində kənardan
təxribat olub.
"Hesab edirəm ki, Rusiya ilə Türkiyə arasında münasibətlərin
normallaşması ədalətin bərpasıdır, faciəvi anlaşılmazlığın aradan
qaldırılmasıdır. Yəqin ki, səbəbləri analiz ediləcək. Bildiyim
qədər artıq analiz olunub. Məlumatlarımıza görə, burada Rusiya və
Türkiyənin yaxınlaşmasını narahatlıqla müşahidə edən müəyyən
qüvvələrin müdaxiləsi olmamış deyil. Sadəcə mən müəyyən obyektiv
müşahidələrə əsaslanan qiymətləndirməni verirəm", - deyə o
vurğulayıb.
Azərbaycan prezidenti baş verən hadisədə kənar təxribatın olmasını
istisna etməyib: “Hər halda bu baş verəndə, ağlımıza ilk gələn o
oldu ki, bunu istisna etmək olmaz. Çünki bu, qətiyyən Türkiyənin
marağında deyildi və biz kiminsə bu qeyri-dost addıma qəsdən
getdiyini ehtimal edə bilməzdik. Aydındır ki, bu faciəvi hadisədən
sonra emosiyalar işə düşdü, bu emosiyalar müəyyən mənada vəziyyəti
bürüdü və orada baş verənləri aydınlaşdırmaq çətin idi. Artıq
emosiya emosiyanın üstünə gəlirdi, bir söz cavaba səbəb olurdu,
nəticədə dayandırılması çətin olan halqa yaranırdı. Bu, artıq
dayandırılıb. İndi aydınlaşdırmaq lazımdır. Düşünürəm və əminəm ki,
burada təxribatsız ötüşməyib. Çünki Rusiya-Türkiyə münasibətlərinin
ruhu və xarakteri qətiyyən Rusiya hərbi aviasiyasının uçuşların bu
cür reaksiyanı nəzərdə tutmurdu”.