ABŞ prezidentliyinə namizəd Hillari Klinton dünya əhalisinin
əksəriyyətinin dəstəyini qazanıb.
Movqe.az-ın məlumatına görə, “Gallup İnternational” təşkilatı bu il
avqustun sonu-sentyabrın əvvəlində keçirdiyi sorğu əsasında bu
qənaətə gəlib. H. Klintonun dəstəkləyənlərin əksəriyyəti Qərbi
Avropada və Latın Amerikasında yaşayanlardır.
Ümumilikdə sorğuda 45 ölkədən 44200 nəfər iştirak edib.
Respondentlərdən ABŞ prezidentliyinə namizəd olan Hillari Klinton
və ya Donalt Trampdan hansının seçilməsini istədikləri soruşulub.
Sorğu iştirakçılarından 59 faizi Hillari Klintona dəstək ifadə
edib. Donald Tramp isə 25 faiz respondentin dəstəyini qazanıb.
Hillari Klinton ən az səsi Aİ-yə daxil olmayan Avropa ölkələrindən
alıb. “Gallup” belə ölkələrin siyahısında Azərbaycan, Gürcüstan,
Makedoniya və Rusiyanın adını qeyd edib. Bu regionlarda keçmiş
dövlət katibi 13 faiz, Donalt Tramp isə 32 faiz dəstək
qazanıb./apa/