Əlaqə Arxiv
news Image
2016.10.19
14:25
| A A A
İslam Əməkdaşlıq Təşkilatı FETÖ-nü terror təşkilatı elan edib

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Fətullahçı Terror Təşkilatını (FETÖ) terror təşkilatı elan edib.

Movqe.az-ın məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu öz “twitter” səhifəsində yazıb.

Qərar Özbəkistanın paytaxtı Daşkənddə Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında qəbul olunub.

“Milliyyət”in məlumatına görə, qərarı yalnız Misir dəstəkləməyib.

İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edib./apa/

Sizin Reklam Yeriniz