Əlaqə Arxiv
news Image
2016.10.19
17:35
| A A A
Ərdoğan: Türkiyəyə 1 milyonluq qaçqın axını gözlənilir

Suriyanın Hələb şəhərində hərbi əməliyyatların fəallaşacağı təqdirdə təqribən bir milyon qaçqın Türkiyəyə gələ bilər.

Movqe.az-ın verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezidentin sözlərinə görə, Türkiyə bu potensial qaçqınlara görə məsuliyyəti öz üzərinə götürmək niyyətində deyil.

R.T.Ərdoğan qeyd edib ki, Suriya münaqişəsinin başa çatmasından sonra Türkiyə yad şəhər hesab etmədiyi Hələbin bərpasına kömək etməyə hazırdır./trend/

Sizin Reklam Yeriniz