Əlaqə Arxiv
news Image
2016.10.20
14:55
| A A A
Putin bütün donanmanı Suriya sahillərinə yığır, həlledici zərbə üçün...

Rusiya Şimal donanmasının hamısını, Baltik donanmasının isə böyük qismini Hələb uğrunda gedən döyüşlərdə həlledici zərbəni endirmək üçün Suriya sahillərinə cəmləşdirir.

Bu haqda NATO-dakı yüksək rütbəli mənbə kəşfiyyat məlumatlarına istinadən “Reuters”ə bildirib.

Mənbənin dediyinə görə, hazırda “Admiral Kuznetsov” təyyarədaşıyanının başçılığı ilə gəmi qruplaşması Aralıq dənizinə doğru üzür. Təyyarədaşıyanın göyərtəsində Hələbə zərbə endirmək üçün qırıcı-bombardmançı təyyarələr var.

“Onlar bütün Şimal donanmasını və Baltik donanmasının böyük qismini səfərbər edib, soyuq müharibə dövründən bu yana ən irimiqyaslı dəniz qüvvələri cəmləşdirməsini həyata keçirib”-mənbə deyib.

NATO rəsmisi bu günlərdə Norveç sahillərində qeydə alınmış Rusiya gəmilərinin Aralıq dənizinə doğru üzdüyünü deyib. “İki həftə sonra biz Hələbə hava hücumlarının kəskin artmasını müşahidə edəcəyik. Bu, Rusiyanın Hələbdə qələbəni elan etməsi üçün strategiyasının bir hissəsidir”-mənbə deyib.

Sizin Reklam Yeriniz