Əlaqə Arxiv
news Image
2016.10.20
19:00
| A A A
Mosullu yazardan Ərdoğana müraciət – “Mosulu xilas edin”

Mosullu araşdırmaçı-yazar və “Mosulu qoruyun” hərəkatının koordinatoru Rabii əl-Hafiz Türkiyə prezidenti Ərdoğana müraciət ünvanlayıb.

Avropa.info xəbər verir ki, mosullu yazar Rəcəb Tayyib Ərdoğanı Mosulu məzhəbçi terrorçuların qətliamından qorumağa səsləyib.

Ərdoğanı Mosulu məzhəbçi terrorçuların qətliamından qorumaq üçün hərbi müdaxiləyə səsləyən əl-Hafiz İraqlı sünnilərin İranın dəstəklədiyi məzhəbçi terrorçular tərəfindən kütləvi qətliama məruz qaldıqlarını, Tikrit, Miqdadiyyə, əl-Ənbar, Fəllucə, Beycə, Samarra kimi bir çox şəhərin həmin qruplaşmalar tərəfindən viran qoyulduğunu xatırladıb.

O həmçinin Mosulun iraqlıların son qalası olduğunu bildirib.

“Prezident Ərdoğanı Mosulun tamamilə yerlə-yeksan olmaqdan xilas etmək üçün birbaşa hərbi müdaxiləyə dəvət edirik. Aşağıdakı forumu dolduraraq bu kampaniyaya siz də qatılın”.

Sizin Reklam Yeriniz