Əlaqə Arxiv
news Image
2016.10.22
15:34
| A A A
Venesuela Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduronun Azərbaycana rəsmi səfəri bu gün başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Venesuela Prezidenti Nikolas Maduronu hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.

Sizin Reklam Yeriniz