Əlaqə Arxiv
news Image
2016.10.26
09:45
| A A A
İşğal altındakı rayonların qaytarılması rə vaxt reallaşacaq?!

Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun Avropa Şurasında keçirilən brifinqdə jurnalistlərə Qarabağın 5 rayonunun qaytarılması haqda verdiyi anons müzakirə mövzusu olaraq qalır. Lakin bundan bir neçə gün sonra Minsk Qrupunun amerikalı həmsədrin Bakıdakı brifinqdə əvvəlcə bütün ərazilərin qaytarılması, azərbaycanlı qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması və Dağlıq Qarabağın statusunun müzakirə olunacağı barədə dedikləri də böyük diqqət cəlb etdi. Arada Rusiyadan münaqişənin nizamlanmasında Türkiyənin səmərəli rol oynayacağı barədə fikrin ortalığa atılması da diqqəti ən çox cəlb edən məsələlərdən olub. Demək, söhbət gedir, Qarabağ münaqişəsinin nizamlanması məsələsi gündəmdədir.

İndi qalır bir məsələni dəqiqləşdirmək: Minsk Qrupunun həmsədr ölkələri və ayrıca olaraq Rusiya həqiqətən əməli addımlar atmaq üçün danışır, yoxsa əvvəlki illərdə olduğu kimi “danışmaq xatirinə danışır”. Yəni, imitasiya davam edir, ya yox?!
Açığı, həmsədr nümayəndələrin dedikləri hər fikrin başına ip salıb fırlatmalı olsaq, çözülməli məsələlər çox olar. Fikrimizcə, həmsədr ölkələr nə vaxt ki, Qarabağ barədə birmənalı düşünməyə başlayacaqlar, onda sülh regiona ildırım sürətilə daxil olacaq. Amma hələlik 5 rayon söhbətinə qayıdaq.
Rəsmilərin dediklərindən belə anlaşılır ki, Rusiya və Türkiyə Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qaytarılması barədə razılıqlarını bildiriblər. Yəni, Rusiya təklif edib, Türkiyə də razılığını bildirib. Dialoqu ictimaiyyətə təklif edən Türkiyə tərəfi “Azərbaycanın istədiyi şəkildə” ifadəsi də unutmayıb. Azərbaycan isə hələlik konkret fikrini bildirmir. Çünki, məlum deyil ki, 5 rayon müqabilində Rusiya ondan Ermənistan üçün nəyi tələb edəcək.
Ancaq hər halda, ndiki situasiyada 5 rayonun qaytarılması Azərbaycan üçün və haqq-ədalət naminə o şərtlə məqbul ola bilər ki, Ermənistan ordusu həmin rayonlarda geri çəkilər, əvəzində Azərbaycan da Türkiyə-Ermənistan sərhədlərinin açılmasına mane olmaz. Boşaldılmış rayonlarda həyatın canlanması istər-istəməz Dağlıq Qarabağda yaşayan ermənilərlə azərbaycanlılar arasında müəyyən təmasların yaranmasına səbəb olacaq. Bu, təxminən 5 ilə oturuşa bilinən məsələdir. Daha sonra 2 rayon boşaldılar, ardınca isə azərbaycanlılar Şuşaya və digər rayonlara qayıtmaqla Dağlıq Qarabağa muxtar respublika statusu verilməklə sülh prosesi sona çatdırılar.
Bu araad Ermənistanın “1in.am” saytı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırlıq prosesinin getdiyini yazıb. Sayt yazır ki, Ermənistan ictimaiyyəti ərazilərin qaytarılmasına hazırlanır: “Moskva əvvəlcə erməni ictimaiyyətini Türkiyənin münaqişədəki roluna öyrəşdirir. Yəni, birinci mərhələdə bu məsələ Ermənistanda müzakirə müstəvisinə keçir. Ermənistanın “Türkiyənin iştirakına yekdil inkar” mərhələsindən müzakirə mərhələsinə keçidi təmin olunur. Əslində, bunun çətin olmayacağı və Ermənistan rəhbərliyinin Türkiyənin münaqişənin həllində rolunu qəbul edəcəyi məlumdur. Bu, baş tutandan sonra ikinci mərhələyə keçid olacaq. İkinci mərhələdə soyqırımın (qondarma “erməni soyqırımı” - red) arxa plana keçidi təmin olunacaq. Üçüncü mərhələdə isə münaqişənin həlli və ərazilərin qaytarılması baş verəcək. Daha sonra türk və rus sülhməramlıları Qarabağa daxil olaraq, təhlükəsizliyi öz üzərlərinə götürəcəklər. Bu barədə Ankara və Moskva qapalı təmaslarda artıq razılaşıb”
N.NOVRUZ

Sizin Reklam Yeriniz