Əlaqə Arxiv
news Image
2016.10.26
10:09
| A A A
Cəbhədə atəşkəs 22 dəfə pozulub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 22 dəfə pozub.

Müdafiə Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Voskevan, Berdavan və Şavarşavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Kəmərli və Fərəhli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Sarıcalı, Qaraqaşlı, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Sizin Reklam Yeriniz