Əlaqə Arxiv
news Image
2016.10.27
16:50
| A A A
Rusiya Ermənistan ordusunun tanklarını modernləşdirəcək

Rəsmi İrəvan və Moskva Ermənistan Silahlı Qüvvələrinin ixtiyarında olan T-72 əsas döyüş tanklarının modernləşdirilməsi üzrə irimiqyaslı proqrama başlayıb.Bu barədə Movqe.az "İzvestiya"ya istinadən xəbər verir. Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan təkmilləşdirmə üzrə işlərin başladığını bildirib. Onun sözlərinə görə, modernləşdirililəcək hərbi nəqliyyat vasitələrinin sayı və işlərin tamamlanma tarixi dəqiq müəyyənləşməyib.

Tanklar T-72B4 səviyyəsinə qədər təkmilləşdiriləcək.
Nəşr əsas işlərin Ermənistanda həyata keçiriləcəyini, başqa sözlə, xərclərin az, təkmilləşməsi mümkün tankların sayının isə çox olacağını qeyd edib.

Sizin Reklam Yeriniz