Əlaqə Arxiv
news Image
2016.10.27
16:39
| A A A
“Niderland-Azərbaycanın bir-birinə edə biləcəyi çox təkliflər var”-“PZC” qəzeti

“Niderland-Azərbaycanın bir-birinə edə biləcəyi çox təkliflər var”-“PZC” qəzeti Niderlandda fəaliyyət göstərən “Connect” təşkilatının Niderlandın Zeyland (Zeeland) bölgəsinin Zirikze (Zierikzee) şəhərindəki kinoteatrda Azərbaycanla bağlı tədbir keçirdəcəyi ilə bağlı xəbər vermişdik.

Tədbirin keçrilməsinə bir həftə qalıb. Sözü gedən tədbirin keçriləcəyi ilə bağlı yerli qəzetlərdə çox saylı yazılar verilib.

Belə yazılardan biri də 27-10-2016 – cı il tarixdə yerli “PZC” qəzetində verilib. “Vüqar Abbasov gəldiyi ölkə ilə yaşadığı ölkəni, Azərbaycanla Niderlandı yaxınlaşdırmaq istəyir. Hər iki ölkənin bir-birinə edə biləcəyi çox təkliflər var. Bu həm mədəniyyət, həm ticarət və digər sahələrdə mümkündür. Connect təşkilatının məqsədlərindən biri də iki ölkə arasında məhz mədəni və iqtisadi əlaqələrin möhkəmlənməsinə çalışmaqdır” – deyə yazıda qeyd edilib.

Yazıda eyni zamanda tədbirdə iştirak etmək istəyənlərin diqqətinə çatdırılıb ki, tədbir iştirakçıları Azərbaycan milli musiqisini (canlı) dinləmək, milli musiqi alətlərimizlə, saz və tarla və milli mətbəximizlə tanış olmaq, Azərbaycanla bağlı qısa filmə baxmaq imkanı qazanacaqlar.

http://www.pzc.nl/regio/schouwen-duiveland/stichting-connect-treedt-naar-buiten-1.6577633

Sizin Reklam Yeriniz