Əlaqə Arxiv
news Image
2016.10.28
14:47
| A A A
Siyavuş Novruzov: Dini sahədə öz mütəxəssislərimizdən istifadə etməliyik

“Müstəqillik dövründən bu günə qədər ölkəmizdə 3 min nəfər xaricdə dini təhsil alıb gəlib”.

Movqe.az-ın məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, millət vəkili Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

S.Novruzov bildirib ki, Azərbaycanda 2166 məscid var, onun 1600-ü daimi fəaliyyət göstərir: “Xaricdə təhsil alan şəxslərdən 200 nəfəri həmin məscidlərdə bu və ya digər funksiyaları yerinə yetirir. Bu gün Azərbaycanda həm Bakı Dövlət Universitetində, həm də İslam Universitetində dini sahədə mütəxəssislər yetişdirilir. Biz dini sahədə öz mütəxəssislərimizdən istifadə etməliyik”.

Sizin Reklam Yeriniz