Əlaqə Arxiv
news Image
2016.12.05
10:57
| A A A
İtaliyanın baş naziri istefa verəcəyini bəyan edib

İtaliyanın baş naziri Matteo Renzi istefa verəcəyini bildirib.
 
Movqe.az-ın apa-ya  istinadən verdiyi xəbərə görə, bunu  baş nazir İtaliya konstitusiyasına dəyişikliklərə dair referendumun yekunlarına həsr olunmuş mətbuat konfransında bəyan edib.
 
“Məğlub olduğumu etiraf edirəm. Bu gün Nazirlər Kabinetinin iclasını çağıracam, sonra isə ölkə prezidentinə istefa ərizəmi təqdim edəcəm”, - deyə M.Renzi bildirib.
 
Ekzit-polların nəticələrinə əsasən, referendumda iştirak edənlərin 59,1 faizi  baş nazirin təkliflərinin əleyhinə səs verib. Təkliflər, ilk növbədə, dövlət hakimiyyət orqanları sistemində Senatın rol və funksiyasının dəyişilməsini nəzərdə tuturdu. Referendumda səsvermə hüqüquna malik İtaliya vətəndaşlarının 68 faizi iştirak edib.

Sizin Reklam Yeriniz