Əlaqə Arxiv
news Image
2016.12.20
17:37
| A A A
Rusiya səfiri: “Azərbaycanda özümüzü təhlükəsiz hiss edirik”

Türkiyədəki hadisədən sonra Rusiyanın Azərbaycandakı səfirliyinin mühafizəsi üçün təhlükəsizlik tədbirləri gücləndirilib.Movqe.az-ın xəbərinə görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib. “Bizə Azərbaycan Xarici İşlər Nazirliyinin protokol şöbəsindən zəng vuraraq soruşdular ki, mühafizə üçün əlavə tədbirlərə ehtiyac varmı? Biz cavab verdik ki, Azərbaycanda özümüzü təhlükəsiz hiss edirik. Bununla belə, qərar verdilər ki, mühafizə gücləndirilsin”, - deyə səfir qeyd edib. /apa/

Sizin Reklam Yeriniz