Əlaqə Arxiv
news Image
2016.12.30
15:30
| A A A
Lukaşenkonun zirvə görüşünə niyə getmədiyi bilindi

Belarus prezidenti Aleksandr Lukaşenko Avrasiya İttifaqı liderlərinin sammitinə ölkədə baş verə biləcək çevriliş təhlükəsi ilə əlaqədar qatılmayıb. Axar.az xəbər verir ki, bunu Ukraynanın “Qordon” portalına müsahibəsində Belarusdan olan müxalif lider Dmitri Bondarenko söyləyib. “Çoxları Lukaşenkonun sözlərinə diqqət etmədi. O dedi ki, Sankt-Peterburqa ölkədə təhlükəsizliyi təmin etmək üçün getməyəcək. Elə həmin gün ölkənin güc strukturlarının rəhbərləri ilə iclas keçirdi. Görünür, o bilirdi ki, səfər zamanı çevriliş ola bilər”, – Bondarenko bildirib. Qeyd edək ki, Rusiyada Avrasiya İttifaqı liderlərinin görüşü keçirilib. Görüşə Belarus liderindən başqa bütün dövlət başçıları qatılıb. Avrasiya İttifaqına 5 ölkə (Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan) üzvdür.

Sizin Reklam Yeriniz