Əlaqə Arxiv
news Image
2013.01.28
15:27
| A A A
3 şəhərdə fövqəladə hal elan edilib

Movqe.az xəbər verir ki, Misir prezidenti Məhəmməd Mursi ölkədə son günlərdə baş verən hadisələr səbəbilə Port Səid, İsmayilliyə Süveyş şəhərlərində fövqəladə hal elan edib. Misir prezidenti ölkədə son 4 gündə reallaşan hadisələr 40-dan çox şəxsin ölməsi səbəbilə bu gün dövlət televiziyasında xalqa səslənib. Mursi Süveyş Kanalı ətrafındakı 3 şəhərdə fövqəladə hal qərarı aldığını bildirib. Port Səid, İsmayilliyə Süveyş şəhərlərində 30 gün ərzində fövqəladə hal elan edildiyini ifadə edən Misir lideri, gecə bu şəhərlərdə küçəyə çıxma qadağası tətbiq edildiyini vurğulayıb. Mursi, televiziyada etdiyi çıxışında, "Mən fövqaladə tədbirlərə qarşı olduğumu söyləmişdim. Lakin xalqı qorumaq tökülən qanın qarşısını almaq üçün tədbir görmək lazımdır." deyib. Mursi, fövqəladə halın bazar ertəsi yerli vaxtla 23.00-da başlayacağını 06.00- a qədər davam edəcəyini ifadə edib.

Sizin Reklam Yeriniz