Bağdadda partlayış: 4 ölü
Bağdadın cənubunda partlayış baş verib.
Movqe.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 4 nəfər həlak olub. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yeri hazırda polis tərəfindən əhatəyə alınıb.
Partlayışa görə məsuliyyəti ölkə ərazisində fəaliyyət göstərən heç bir terror qruplaşması üzərinə götürməyib.