Ramil Usubov Xocalıya yeni rəis təyin etdi
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis polkovnik-leytenantı Eldar Bağırov Xocalı Rayon Polis Şöbəsinə rəis təyin olunub. Movqe.az ARB Kəpəz-ə istinadən xəbər verir ki, Bağırov buna qədər Xocalı və Göygöl Rayon Polis Şöbələrində əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.
Faktı DİN-in Mətbuat Xidməti təsdiqləyib.