Keçən il İsrailin NATO nəzdində bir nümayəndəlik açmasına maneə olan Türkiyə, indi də 20-21 mayda Çikaqoda keçiriləcək NATO zirvəsinə İsrailin qatılmasına veto qoyub.
Qərar 19 apreldə Xarici İşlər Nazirləri konfransında xarici işlər naziri Əhməd Davudoğlu tərəfindən verilib.
Xarici İşlər Nazirliyi rəsmiləri, Türkiyənin İsrailə qarşı yalnız NATO deyil bir çox beynəlxalq təşkilatlarda blokaj tətbiqini xatırladaraq bildiriblər ki, "İsrail, Mavi Mərmərə hadisəsi səbəbiylə Türkiyədən üzr istəyib, təzminat ödəməyi qəbul edənə qədər bu cür tətbiqlərin davam ediləcək."
Ancaq Türkiyənin bu hərəkəti, NATO xarici işlər nazirləri konfransında başda NATO baş katibi Anders Fogh Rasmussen olmaqla iştirakçıların reaksiya göstərmələrinə səbəb olub.
Ziba Yusifova